Sabah dumanla əlaqədar bəzi magistral yollarda görmə məsafəsi məhdudlaşacaq.
RegionTV.info xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Aprelin 24-də gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 400-800 m-dək məhdudlaşacağı ehtimalı var.