Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İtaliya Azərbaycandan təxminən 1,4 milyard kubmetr qaz idxal edib

İtaliya 2023-cü ilin fevralında Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan 465 milyon 421 min 790 avro dəyərində təbii qaz alıb.

RegionTV.info  xəbər verir ki, fevralda Azərbaycandan İtaliyaya təbii qaz ixracı 644,4 milyon kubmetr təşkil edib.

Ümumilikdə, 2023-cü ilin yanvar-fevral aylarında İtaliya 1,3 milyard avro dəyərində 1,377 milyard kubmetr Azərbaycan qazı idxal edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 8 milyard kubmetr təbii qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 2,2 milyard kubmetr, “Şahdəniz”dən isə 4,4 milyard kubmetr qaz hasil edilib. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatı 4 faiz, yəni 319 milyon kubmetr artıb.

Hesabat dövründə qaz ixracı 4,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur.

Azərbaycan 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəqlinə başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans Adriatik Qaz Boru Kəməri (TAP) kommersiya istismarına başladıqdan indiyədək ümumilikdə 22 milyard kubmetr qaz tədarük edilib. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də