Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kasko sığorta neçəyədir və nə qədər olmalıdr? - VİDEO

Azərbaycanda avtomobillərin kasko sığortasına son vaxtlar maraq artıb. Bəs bu növ sığortanın qiyməti neçəyədir və nə qədər olmalıdr?

RegionTV.info   xəbər verir ki, sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov "Xəzər Xəbər"ə deyib ki, son vaxtlar bir çox sürücülər özlərini riskdən daha çox sığortalamaq üçün kasko sığortaya müraciət edirlər.

Amma bu sığorta növü könüllü məhsul hesab olunduğundan onun maddələri qarşılıqlı razılaşma əsasında müəyyən edilməlidir.

Ekspert tövsiyə edib ki, bu növ sığorta almaq istəyənlər birbaşa deyil, sığorta agentlərinə müraciət etsinlər. Avtomobil sahibləri bütün detalları həmin agentlər ilə dəqiqləşdirdikdən sonra sığorta məhsulunu alsınlar.

Vətəndaşların agentlərdən sığorta müqaviləsinin müddəalarının açıqlanmasını tələb etmək hüququ var. Bu gələcəkdə vətəndaşlarla sığorta şirkətləri arasında problemlərin baş verməməsi üçün vacib addımdır. Azadolma məbləği, avtomobilin bazar dəyərinin dəqiqləşdirilməsi mütləqdir. Çünkü gələcəkdə baş verə biləcək hadisəyə həmin müqavilənin şərtlərinə uyğun qiymət verilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də