
Riatv.az xarici xəbərlər departamenti Naima Ettaki.
ABŞ Prezidenti Donald Trampın təşkil etdiyi mitinqdən sonra Tramp tərəfdarları paytaxt Vaşinqtonda konqres binasına yürüş etdilər.
ABŞ Prezidenti Donald Trampın təşkil etdiyi mitinqdən sonra Tramp tərəfdarları paytaxt Vaşinqtonda konqres binasına yürüş etdilər. Polis qrupları ilə nümayişçilər arasında qarşıdurma yaşandı.

Konqres binası qarşısındakı ilk polis maneələrini aşmağı bacaran nümayişçilər "Trampı istəyirik", "Qazandıq", "Azadlıq" və "Oynamağı dayandırın" şüarları səsləndirərək konqres binasına girməyə çalışdılar.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, Konqres binası ətrafında yaşanan hadisələrdən sonra binanın kilidli olduğu bildirildi.
Xəbəri paylaş