RegionTV.info
Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Şəmkir rayon M.Əzizbəyov adına tam orta məktəbin direktoru Faiq Qasımov doğru düzgün rəhbərlik edə bilmir. Daha aydın desək, məktəbdə özbaşınalıq edir.
Adını gizli saxladığımız şikayətçi müəlliməmiz bildirir ki, Faiq müəllim internetdən istifadə etməyə icazə vermir. Kompüter və monitorlardan istifadəyə qadağa qoyub. Faiq müəllim tez tez deyir ki, uşaqları yığ sinifə gətir. Müəllimə bildirir ki, yığıram uşaqları sinifə 4-cü saatdan sonra uşaqlara deyir ki, gedin hazırlaşın kursa gedin. Kursun adı "Reduko"dur. Faiq müəllim bu kursu baldızı ilə şərikli işlədir. Uşaqlara, valideynlərə müəllimləri pisləyir deyir ki, yaxşı dərs keçə bilmirlər mənim kursuma gəlin. Bir neçə valideyn müəllimlərə səs yazısı göndərib bu barədə. Hələ məsələ bununlada bitmir.
Faiq müəllim qardaşı gəlini Əlvan xanım ingilis dili müəllimi olduğu üçün uşaqları ona yönəldir.
Direktor puldan ötrü öz səlahiyyətlərindən sui istifadə edir. Dövlətin məktəbində oturub valideynləri müəllimlərin üstünə qaldırır. Fikri zikri özünə qurduğu biznesin yanındadır. Adam lap məəttəl qalır.
Beləsinə nə ad vermək olar. Belə başa düşürəm ki, Faiq müəllimin təhsil vecinə deyil. İşi gücü ancaq puldu. Öz vəzifəsini icra edə bilmir. Bütün məktəb kollektivi, müəllimlər artıq onun əlindən cana gəliblər. Heyif çox heyif. Gör bizim təhsilimiz kimlərin əlindədir. Faiq kimi insanlar dövlətimizin olan məktəbdə oturub, dövlətə nəsə yararlı iş görməkdən, yalnız və yalnız öz şəxsi maraqlarını güdür, öz cibini düşür. Dövlətimizin verdiyi maaşı da arsızcasına alıb yeyir.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Xahiş edirik ki, Faiq müəllim barəsində tezliklə ciddi bir tədbir görülsün. Bu cür insanlar ucbatından təhsilimiz niyə uçuruma getməlidir.
Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Kanal1.az