Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tənhalıq insan orqanizminə aclıq qədər ziyan vurur

8 saatlıq tənhalıq insanlarda uzun müddət yeməksiz qaldığı qədər enerji tükəndirir və yorğunluğu artırır. Bu, bədənə fiziki zərər yetirir.

RegionTV.info   xəbər verir ki, bu qənaətə Avstriyanın Vyana Universiteti və Böyük Britaniyanın Kembric Universitetinin


araşdırmasında məlum olub.

Laboratoriya təcrübəsində bir gün ünsiyyətsiz, digər gün yeməksiz qalan 30 qadın iştirak edib. Sonra iştirakçılar öz vəziyyətləri haqqında danışıblar, həkimlər ürək döyüntüsünü və tüpürcəkdəki kortizolun səviyyəsini ölçüblər.

Sahə tədqiqatına koronavirus pandemiyası zamanı Avstriya, İtaliya və ya Almaniyadan olan 87 iştirakçı qatılıb. İştirakçılar azı səkkiz saat izolyasiyada keçiriblər və əhvalları ilə bağlı sualları cavablandırıblar.

“Laboratoriya təcrübəsində sosial təcrid və aclıq arasında təəccüblü oxşarlıq aşkarladıq. Hər iki durum enerjinin azalmasına və yorğunluğun artmasına səbəb olur”, - psixoloqlar bildiriblər.

İkinci araşdırmanın nəticələri də göstərib ki, iştirakçıların enerji səviyyələri heç kimlə ünsiyyətdə olmadıqları günlərdə sosial əlaqənin cüzi olduğu günlərlə müqayisədə azalıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də