Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Maltanın sahilində zəlzələ olub

Aralıq dənizində Malta sahillərində 4,9 bal maqnitudalı zəlzələ olub.

RegionTV.info  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı təxminən 21,6 min nəfər əhalisi olan Birkirkara şəhərindən 113 km cənub-şərqdə yerləşib. Episentr 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də