“Həyata keçirilən bütün tədbirlərə rəğmən, düşünürəm ki, “Britaniya ştammı” bizim ölkəmizdə də qeydə alınacaq.
Azərbaycan hər an hazır olmalıdır, çox güman ki, üçüncü dalğadan da yayına bilməyəcəyik”.
RegionTV.info xəbər verir ki, bu sözləri Media.Az-a açıqlamasında pandemiya xəstəxanasının infeksion həkim-reanimatoloqu Polina Əliyeva deyib.
Onun sözlərinə görə, sərhədlərin bağlanması da daxil olmaqla, bütün məlum epidemioloji tədbirlərə rəğmən, virusun hərəkəti dayandırıla bilməz.
“Üstəlik, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, yeni növ virus daha yüksək yayılma sürətinə malikdir”, - deyə P. Əliyeva söyləyib.
Həkim-reanimatoloq əlavə edib ki, bütün bunlara baxmayaraq, ÜST-ə görə virusun virulentliyindən danışmaq hələ çətindir, yeni xəstəlik hələlik virusun digər variantlarından daha təhlükəli deyil.
Xəbəri paylaş