Rusiya Prezidenti Vladimir Putin Rusiya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.
RegionTV.info xəbər verir ki, Rusiya dövlət başçısı millətlərarası və dinlərarası dialoqun qorunmasında müsəlman təşkilatlarının töhfəsinin dəyərini vurğulayıb.
Bu barədə Rusiya Müsəlmanları Dini Məclisinin saytında dərc olunan məlumatda qeyd edilib:
“Bütün dünya müsəlmanlarının xüsusi ehtiramla qarşıladıqları müqəddəs Ramazan ayının başa çatdığını bildirən bu bayram yüksək mənəvi dəyər daşıyır, insanların mənəvi cəhətdən təkmilləşməsini, rəhm və mərhəmət arzusunu təcəssüm etdirir.
Məmnunluqla qeyd edirəm ki, ölkəmizdə İslam dininin ardıcılları çoxəsrlik tarixi, dini və mədəni ənənələrinə dərin ehtiramla yanaşır, gəncləri buna cəlb edirlər”.