BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva xalqımızı Ramazan bayramı münasibəti ilə təbrik edib.
RegionTV.info xəbər verir ki, bu barədə o, öz tvitter hesabında paylaşım edib.
“BMT nümayəndəliyi adından Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Qoy bu gün sizə sülh, xoşbəxtlik və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!” - Vladanka Andreyeva qeyd edib.