Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İmtahandan yüksək bal toplayan şagird - “Müəllim yanına getməmişəm”

RegionTV.info

Tam orta təhsil səviyyəsi üzrə 12 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ən yüksək bal (297.5 bal) toplayanlardan biri Səbail rayon 160 №-li klassik gimnaziyasının şagirdi Mürşüdlü Nəzrin Elxan qızıdır.

 

Nəzrin öz təəssüratlarını AzEdu.az saytı ilə bölüşüb.

 

- Yüksək nəticə toplamağınız sizin üçün gözlənilən idi?

 

Əslində 270 üzərində nəticə gözləyirdim. 290-dan çox olacağına ümidim var idi, ancaq əmin deyildim.

- Nəticəniz barədə məlumat alanda, hansı hissləri keçirdiniz?

- Belə nəticə əldə etdiyim üçün çox sevindim.

 

- İmtahana necə hazırlaşırdınız, repetitorlarla çalışmısınız?

 

- Xeyr, xarici dil olaraq alman və rus dillərindən repetitor yanında hazırlaşmamışam. Məktəb dərslərindən öyrəndiklərim əsasında imtahan verdim. Riyaziyyatdan isə ayrıca Türkiyədə təhsil imtahanı üçün hazırlaşırdım.
Xüsusi olaraq müəllim yanına getməmişəm.

 

- Sözlərinizə görə, siz xaricdə təhsil almaq istəyirsiniz...

 

- Bəli, Türkiyədə təhsil almaq istəyirəm. Ancaq hansı universiteti seçəcəyimə hələ qərar verməmişəm.

- Hansı qrupa hazırlaşırsınız?

- I qrup üzrə hazırlaşıram. İstədiyim ixtisas isə komputer mühəndisliyidir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də