Ukraynanın paytaxtı Kiyev üzərində səmada parlamanın NASA peykinin Yerə düşməsi ilə əlaqəli olduğu güman edilir.
RegionTV.info xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergiy Popko teleqramda bildirib.
“Aprelin 19-da saat 22:00 (Bakı vaxtı ilə 23:00 – red.) radələrində Kiyevdə səmada hava obyektinin parıltısı izlənilib. İlkin məlumata görə, bu hadisə NASA kosmik peykinin Yerə düşməsi sonucunda baş verib. Qalıqların yerə düşməsi nəticəsində meydana gələcək mümkün itkilərdən qaçınmaq üçün hava hücumu xəbərdarlığı edilib. HHM işləmirdi”, - o qeyd edib.
Bununla belə, yerli KİV-də yayılan məlumata görə, Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndsi Yuri İqnat peykin düşməsi ilə bağlı bilgini hələlik təsdiqləyə bilmədiyini deyib.