Bu gün Gəncə Regional Şöbəsində qanuni işçisi olmayan Rafət Mərdanovun Uniformada xidməti maşınla Göyöl rayonun Quşqara kəndi ərazisində fəaliyyət göstərməsi haqqında “Dünyanınsəsi.Az” saytına məlumat daxil olmuşdur.
Məlum faktla bağlı əməkdaşımız hadisə yerinə baş çəkərək əsərin qəhrəmanı olan Rafət Mərdanovu iş başında yaxlayıb.Həmin hadisəni özündə əks etdirən videosüjetdə Rafət Mərdanov özünü təqdim etməkdən boyun qaçırır və sonda özünü DANX-ın Gəncə Regional Şöbəsinin “mütəxəssis”i kim təqdim edir. Bu hadisə ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Gəncə Regional Şöbəsinin rəisi Əhməd Rüstəmovun da mövqeyini dərc edə bilərik.
Sonda redaksiya olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Gəncə Regional Şöbəsinin xidməti ərazilərinin Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Samux, Göygöl və Goranboy rayonlarını ərazisində reydlər kecirə bilmələri haqqında göstəriş verib-verməməsi isə qaranlıq olaraq qalır. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün xüsusi karantin rejimi dövründə Gəncə Regional şöbəsinin müvafiq ərazilərindəki yollarda stasionar postlar fəaliyyət göstərilməsinə icazə verilməyibsə bu xidməti maşınlar yolun kənarına hansı səbəbdən düzülüb?
Göygöl rayonu Quşqara kəndi ərazisində çəkilmiş videosüjeti təqdim edirik: