Azərbaycanda tələbə xərçəng xəstəliyindən dünyasını dəyişib.
RegionTV.info bildirir ki, bu barədə məlumatı unikal.az yayıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin birinci kurs tələbəsi Leyla Babayeva uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib.
Qeyd edək ki, L. Babayeva Memarlıq fakültəsinin I kurs tələbəsi idi. O, dizayn ixtisası üzrə təhsil alırdı.