Rusiya Prezidenti Vladimir Putin aprelin 27-də videobağlantı vasitəsilə “Akkuyu” Atom Elektrik Stansiyasına nüvə yanacağının çatdırılması mərasimində iştirak edəcək.
RegionTV.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Aprelin 27-də “Akkuyu” AES-ə nüvə yanacağının təhvil verilməsi mərasimi keçiriləcək. Yanacağın çatdırılmasından sonra bu obyekt nüvə obyekti statusunu alacaq. Mərasimdə Rusiya Prezidenti Vladimir Putin videobağlantı vasitəsilə iştirak edəcək”, - deyə o bildirib.