Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Ondan nə suyum, nə də çörəyim gəlmir" - Nadir Röyaya belə dəstək oldu

"Mənə elə gəlir ki, bir insanın üstünə bu qədər getmək olmaz. Heç kim süddən çıxmış ağ qaşıq deyil. Allahdan başqa, bütün bəndələrin səhvi də var, günahı da. O, insan danışsın ki, heç bir səhvi və günahı yoxdur. Röyanın o qədər gözəl işləri var ki...”
RegionTV.info xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə həmkarı, Xalq artisti Röya Ayxan barədə yazıb.
Sosial şəbəkə hesabında fikirlərini bölüşən ifaçı Röyanı qınayanlara "Əl çəkin” deyib:
"Hər zaman ehtiyaclı insanların yanında olub. Belə baxanda mən Röya ilə heç yaxın münasibətdə deyiləm. Amma haqqında danışmaq lazımdır. Bu tənqidlərdən və başlıqlardan dözə bilməyib, özünə qəsd etsə nə qazanacaqsız? Bir övladı anasız qoyacaqsız. Əl çəkin insanlardan, rahat buraxın insanları. Başqasını qınamamışdan öncə düşünək görək biz kimik, bu xalqa bu dövlətə nə xeyrimiz dəyib? Röya, rahat ol, hər bir etdiyimiz əmələ görə Allaha cavab verəcəyik. Heç kimi alqışı ilə yaranmamısan ki, kiminsə qarğışı ilə də məhv olasan. Allah hər bir bəndəsinin mükafatını özü verir. Kim nəyə layiqdir onu verir! Bunu heç yaltaqlıq kimi qəbul etməyin, dostlar! Röyadan nə suyum, nə də çörəyim gəlmir. Sadəcə bir Azərbaycan qadınına və anasına rəhmim gəlir”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də