Nyu-Yorkun Manhetten rayonunda parkinq binasının uçması nəticəsində azı bir nəfər ölüb.
RegionTV.info xəbər verir ki, bunu Nyu-Yorkun meri Erik Adams bildirib.
Adams vurğulayıb ki, binanın digər konstruksiyaları son dərəcə qeyri-sabitdir, ona görə də xilasedicilər vəziyyəti qiymətləndirmək üçün xüsusi avadanlıqdan istifadə edirlər.
Hadisə nəticəsində həmçinin, bir neçə avtomobilə ciddi ziyan dəyib.
Şəhərin yanğınsöndürmə idarəsinin məlumatına görə, hadisə nəticəsində xəsarət alan 6 nəfər xəstəxanalara aparılıb.
“Nyu-York Yanğından Mühafizə İdarəsi Manhettenin aşağı hissəsində parkinqin çökdüyü yerdə işləyir, insanlar dağıntılar altında ola bilər”, - məlumatda deyilir.