Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanlı deputatlar Kiyevdə - FOTO

Milli Məclisin bir qrup deputatı Ukraynanın Kiyev şəhərinə səfər ediblər.

RegionTV.info  xəbər verir ki, bu barədə Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Volodimir Kreydenko özünün feysbuk səhifəsində paylaşım edib.

O, qeyd edib ki, səfər onun təşəbbüsü və Ukrayna Ali Radasının sədri Ruslan Stefançukun dəvəti ilə baş tutub:

"Azərbaycanlı deputatlar Buçada olublar. Həmrəylik səfərinə görə Ukraynanın azərbaycanlı dostlarına və görüşə görə Buça şəhərinin meri Anatoli Fedoruka təşəkkür edirik".

Qeyd edək ki, Ukrayna tərəfinin dəvəti ilə gerçəkləşdirilən səfər çərçivəsində deputatlarımızın Ukrayna Ali Radasının spikeri, Azərbaycanla parlament dostluq qrupunun üzvləri, Ukraynadakı Azərbaycan diasporu və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Səfər aprelin 21-də başa çatacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də