Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kəmaləddin Heydərov reanimasiyada olan alimin səhhətini nəzarətə götürdü

"Tanınmış tarixçi alimimiz Dilavər Əzimli koronavirus səbəbiylə FHN-nin Zığdakı modul tipli xəstəxanasında müalicə alır. Hazırda süni tənəffüs aparatına qoşulmuş alimin sağlıq durumunun kritik olması ilə bağlı dostlar, media nümayəndələri, alimlər öz narahatçılığını mənimlə də bölüşür".

RegionTV.info xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva deyib. Deputat qeyd edib ki, Dilavər müəllimin müalicə aldığı xəstəxananın FHN-nin tərkibində olmasını nəzərə alaraq, nazir Kəmaləddin Heydərovla danışıb, dostların, ziyalıların narahatçılığını bölüşüb: 

"Hörmətli nazir xəstəxananın baş həkimi ilə danışaraq, xəstənin vəziyyəti ilə yaxından maraqlandı və bir daha bildirmək istərdim ki, həkimlərimiz bugünədək Dilavər müəllimə (eləcə də digər xəstələrimizə) əllərindən gələn şəfqəti əsirgəmədikləri kimi, bundan sonra da öz xüsusi diqqətlərini əsirgəməyəcək, ona həssaslıqla yanaşacaqlar. Minnətdarlıqla bildirmək istərdim ki nazir alimin müalicəsinin gedişini şəxsi nəzarətinə götürmüşdür".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də