Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ramil Usubov: “Azərbaycan Qarabağ münaqişəsinin həlli ilə qlobal təhlükəsizliyə böyük töhfə verib”

“Azərbaycan Qarabağ münaqişəsini həll etməklə qlobal təhlükəsizliyə, onun beynəlxalq terrorizm, qanunsuz narkoticarət kimi ünsürlərinə qarşı mübarizəyə böyük töhfə verib və illərlə "dondurulmuş" sayılan bu kimi problemləri necə uğurla nizamlamağın mükəmməl nümunəsini yaradıb”.

RegionTV.info-nun məlumatına görə, bunu Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

“Bu faktlar göstərir ki, Azərbaycanın qazandığı Zəfərin qlobal əhəmiyyəti də yüksəkdir və beynəlxalq miqyasda inkişafa, sabitliyə töhfə verir.

Qarabağda məskunlaşan ermənilərin təhlükəsizliyinə Azərbaycan dəfələrlə rəsmi münasibət bildirib. Cənab Prezident İlham Əliyev hər zaman bəyan edir ki, ərazimizdə yaşayan erməni əhalinin yalnız təhlükəsizliyi deyil, məşğulluğu, sosial rifahı, bütün hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir. Onlar vətəndaşı olacaqları dövlətin - Azərbaycanın birmənalı himayəsində təminat alacaqlar. İmzalanacaq sülh müqaviləsi bu şəxslərə 30 ildən sonra, nəhayət ki, təhlükəsiz, normal, rahat həyat bəxş edəcək. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqayslı quruculuq, tikinti işlərinin miqyası da bölgədə yaşayan erməni əhalisində seçim etmək üçün xüsusi imkan yaradır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədə göstərdiyi dəstək, həyata keçirdiyi təşəbbüslər də xüsusi önəm daşıyır. Heydər Əliyev Fondunun köməyi ilə Qarabağ və Şərqi Zəngəzurda yaradılan, bərpa edilən möhtəşəm mədəni-mənəvi incilərimiz, sosial obyektlər həm də Ulu Öndərin əbədiyaşar ruhuna böyük ehtiramın nümunəsidir. Mehriban xanım Əliyevanın müəllifi olduğu layihələr yenidən cənnətə çevriləcək bu bölgələrin həyatında böyük canlanma yaradacaqdır”, - R.Usubov vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də