Çinin şərqindəki Çjeçzyan əyalətində yerli sənaye obyektlərindən birində baş verən yanğın nəticəsində azı 11 nəfər ölüb.
RegionTV.info xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, yanğın bazar ertəsi Pekin vaxtı ilə saat 14:00 radələrində inzibati cəhətdən Çzinxua şəhərinə tabe olan Ui əyalətində baş verib.
Hadisə yerinə qısa zamanda yanğınsöndürənlər, tibb işçiləri və polis cəlb olunub. Hakimiyyət orqanları xilasetmə işlərini təşkil ediblər.
Yanğının başvermə səbəbləri araşdırılır, təhqiqat aparılır.