RegionTV.info
Qəbələdə 10 gün əvvəl avtomobillə vurulan piyada ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, aprelin 7-də Qəbələ şəhəri ərazisində sürücü Rahim Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə 1968-ci il təvəllüdlü piyada, rayonun Vəndam qəsəbə sakini Yaqub Hacıyevi vurub. Piyada xəstəxanaya yerləşdirilib və tibbi yardım göstərilməsinə baxmayaraq bu gün səhər saatlarında vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.