Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sahibkar Bakı Baş Gömrük İdarəsindəki qanunsuzluqlarla bağlı Prezidentə müraciət etdi

“Güvən2012” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi Ramil Aslanov Prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb.

 

RegionTV.info   xəbər verir ki, müraciətdə deyilir:

 

“Hörmətli cənab Prezident,

 

Bundan öncə 06.04.2022-ci il tarixində yazdığım məktubumda qeyd etmişdim ki, Bakı Baş Gömrük İdarəsində "Güvən 2012" MMC-nin adına gətirilən santexnika mallarımızı qanunsuz hesablamalar, bürokratik əngəllər və süründürməçilik yaradaraq yenədə “İpək Yolu” terminalında saxlayıblar və geri qaytarmağıma əngəllər yaradırlar. Bununla bağlı informasiya vasitələrində çıxış etmişdim. Bakı Baş Gömrük İdarəsində ötən ayın, yəni 14.03.2023-cü il tarixindən bugünkü günədək santexnika mallarımıza hələ də qiymət təyin edə və hansı üsullarla hesablamalar aparacaqlarını bilmirlər. 08.04.2023-cü il tarixində Dövlət Gömrük Komitəsində məni qəbul etdilər, dinlədilər və gömrük tarifi haqqında qanunu rəhbər tutaraq onlara bu mallar (mətbəxt üçün su, duş və arko kranlar) barədə fikrimi bildirdim. Gömrük Komitəsinin vəzifəli şəxsləri fikrimlə razı oldular, bəyan etdiyimiz hesablama qaydasının düzgünlüyünü şifahi olaraq təstiqlədilər və komissiyanı tərtib edərək bu məsələnin protokollaşdırılmasına qərara gəlib iclas təyin etdilər. Həmin iclasda Bakı Baş Gömrük İdarəsinin Aqil və Nurlan adlı əməkdaşları gec gəlmələrinə baxmayaraq yenə də iclas keçirildi. İclasda sübutlarımı və gömrük tarifi haqqında qanunun VII maddəsini rəhbər tutaraq malların gömrük dəyərinin müəyyən edilməsi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə əsaslanaraq (GATT) VII maddəsinə, GATT-in VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanaraq hesablanmasının eyni zamanda gömrük tarifi haqqında 1.1.1 maddəsində göstərildiyi kimi gömrük tarifi - gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq eyni zamanda, 1.1.3. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası - müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatlara uyğun olduğunu və gömrük tarifi haqqında qanunun 2.1.4. Azərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaq və həmçinin 2.1.5 maddəsində nəzərdə tutulan, Azərbaycan Respublikasının iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına şərait yaratmaq, bundan əlavə gömrük tarfi haqqında qanunun XII maddəsində gömrük dəyərinini müəyyən edilməsi üsullarının, mənim bu işimdə tədbiq edilməsini onlardan xahiş etmişdim. Lakin Bakı Baş Gömrük İdarəsinin Nurlan adlı əməkdaşı yenə də öz qanunsuz hesablama və qanundan kənar hesablama qaydalarını tətbiq etmək istədikdə gömrük komitəsinin işçiləri ondan rəsmi olaraq yazıb bizə göstərməyini xahiş etdilər. Lakin 01231000091678 saylı bəyannamədə II mal mövqeyi üzrə sistem üzərindən rəsmi bildirişdə mənə 94000 ABŞ dolları statistik dəyər göstərilmişdir və bu statistik dəyər ümümilikdə 40980 ədəd mala (arko və duş kranlarına) aid olduğu bildirilmişdir. Mən və Komitənin dəyər şöbəsinin işçiləri Nurlan adlı Bakı Baş Gömrük İdarəsinin əməkdaşından həmin 40980 ədəd mallara görə hesablama qaydasını istədik. Nurlan bəy 94000-nin 23000-ni arko kranlara hesabladığını bildirdikdə yerdə qalmışdı 71000 ABŞ dolları. Həmin 71000 ABŞ dollarının su və duş kranlarına necə hesablanmasını və necə bölünməsini bugünkü günə kimi Nurlan adlı şəxs izah edə bilmir və mən əminəm ki, izah və sübut edə bilməyəcək də. Çünki həmin məbləğdə uyğunsuzluq baş verəcək, məbləği Nurlan bǝy formalaşdırıb tənzimləyə bilməyəcək. Ona görə ki, Nurlan bəy gömrük tarifi haqqında qanunu bilmir və ya bu qanuna saymazlıqla yanaşır. Belə ki, Həmin malların qanunvericiliyin 1.1.3 maddəsində xarici iqtisadi fəaliyyətin mal nomenklaturası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır və onların həmin kodlar üzrə rəsmiləşdirilməsi göstərir. Bu da onu göstərir ki, bizim ixrac etdiyimiz və 01231000091678 bəyannamə üzrə bəyan etdiyimiz mallar kq-la hesablanmalıdır. Çünki, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında 166 kodu altında kiloqramla göstərilmişdir. Bundan əlavə bildiririrəm ki, 11.04.2023-cü il tarixində Gömrük Komitəsində bir daha qəbulda oldum və mənə bildirdilər ki, Bakı Baş Gömrük İdarəsindən Elmir Ramazanov, Aqil və Nurlan adlı şəxslər yaxınlaşır, iclas keçirilib və protokol imzalanacaq. Gözləyirdim, lakin məni iclasa buraxmadılar. Onlar çölə çıxdıqda bildirdilər ki, mən onlarla hansısa məbləğdə razılaşmalıyam və ya malı götürüb geri qaytara bilərəm. Lakin mən bir daha onlara bildirdim ki, mən bazarda yox, dövlət idarəsindəyəm, eyni zamanda onların qanunsuz və bürokrat əməllərindən yorulmuşam, malımı yalnız geri qaytarmaq istəyirəm. Onlar da mənə bildirdilər ki, sabah malı geri qaytarmaq üçün yükləyə bilərsən. 12.04.2023-cü il tarixində müstəqil exspertə müraciət edərək müqavilə bağladıqdan sonra, Dövǝt Gömrük Komitəsinə və Bakı Baş Gömrük İdarəsinə malların geri qaytarılması ilə əlaqədar, eyni zamanda 01231000091678 saylı bəyannamənin 2-ci mövqeyində olan maldan (duş kranlarından, mətbəxt kranlarından və arko kranlarından) ekspertə təqdim olunması üçün müraciət etmişdik və eyni zamanda bildirirəm ki, malımın geri qaytarılması ilə əlaqədar prosedurun başlamaması üçün həmin günü əllərindən gələn hər bir bürokrat əmələ və süründürməçiliyə məruz qalmışdım və bildirmişdilər ki, ayın 13-də səhər saat 09:30-dan etibarən Bakı Baş Gömrük İdarəsində olun, mallarımızın konteynerǝ yüklənməsi proseduru olacaq və hər maldan bir nümunə bizim ekspertǝ təqdim olunacaq. Ayın 13-ü səhər saat 09:30-dan məni və bizim müraciət etdiyimiz qiymətləndirmə ekspertiza idarəsinin əməkdaşını süründürməçiliyə və bürokratik əməllərə məruz qoyaraq axşam saat 18:00-dək uzatdılar. Axşam saat 18:00-dan sonra İpək Yolu Terminalının 4-cü anbar ərazisində bizim maşınların video kamera çəkilişi ilə boşaldılmasına başladılar. Mənə, Bakı Baş Gömrük İdarəsinin Aqil adlı əməkdaşı və digər 14 nəfər gömrük əməkdaşı bizim mallardan hərəsindən 1 ədəd müstəqil ekspertiza ilə siyahılamağa başladılar. Siyahılanma zamanı onlardan soruşdum ki, nəyə görə bütün mallardan götürürsünuz? Bizim mübahisə sadəcə 01231000091678 saylı bəyannamənin 1-ci və 2-ci mövqeyindəki olan arko və duş kranları üzrədir. Həmin an anlayırdım ki, iş saatı qurtardığından, burada heç kim olmadığından işimlə əlaqədar hər bir qanunsuzluq baş verəcək. İnanın, mən düşündüyüm kimi də oldu. Səhər saat 06:00-a kimi mənə və mənim işçilərimə zülm edərək malları yenidən saydılar. Saydıqdan sonra gömrük bəyannaməsinə uyğun olub olmaması məsələsinə toxundular və təhqiqat şöbəsini bu işə cəlb etdilər. Səhər saat 06:00-da bir daha orada məmur özbaşnalığı bir başa və vəzifə səlahiyyətlərindən sui istifadə etmə əməllərinə məruz qaldığıma görə təhqiqat  idarəsinin işçisi Lətif adlı əməkdaşın komputerdə çap etdiyi protokolu mənə sürətlə oxuduğunu və oxuduğu zaman ifadələri tez-tələsik dediyinə görə, demək olar ki, öz hüquqi biliyinə guya əsaslanaraq yeni hiylə vasitəsilə məni aldatmağa və həmin protokolu mənə imza etdirməyə çalışdı. Lakin mən narazı olub oradan çıxdım. Malımın aqibətinin nə yerdə qaldığından isə heç xəbərim yoxdur.

 

Hörmətli cənab Prezident,

 

Ayın 14-də getdim gömrük komitəsinə, orada məni Gömrük Komitəsinin sədri Şahin Bağırov, birinci müavini İsmayıl Hüseynov, dəyər şöbəsinin işçiləri, Risklərin Təhlili Şöbəsi, mətbuat şöbəsinin rəisi və Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zaurov qəbul elədilər. Şahin müəllimə Bakı Baş Gömrük İdarəsində baş verən qanunsuzluq, məmur özbaşnalığı barədə və malımın geri qaytarılmaması üçün əllərindən gələn bürokrat əməllərdən danışdıqdan sonra, dərhal Bakı Baş Gömrük İdarəsinə həmin şəxsləri mənimlə birlikdə göndərdi və bu məsələ barədə araşdırma aparıb ona məruzə etmələrini, həmçinin sənədləşdirmədə hansısa bir əngəlin aşkarlanmamasını, malımın geriyə, Çinə göndərilməsinin təmin edilməsinə göstəriş vermişdir.

 

Biz Bakı Baş Gömrük İdarəsinə getdikdə Komissiya tərəfindən də xeyli sayda qanunsuz əməllər aşkar olunmuşdur. Həmin əməllərdən biri hansı ki, dəfələrlə mən bildirirdim ki, ayın 14.03.2023-cü il tarixdə gömrük sisteminə bəyannaməni daxil etdikdən sonra mala baxış keçirilmişdir. Onların hesablaması nəticəsində ilk öncə 70000 ABŞ dolları qiymət deyilmişdir və bayram günü 22.03.2023-cü il tarixində mala bir daha baxış keçirib malın İpək Yolu Terminalında bizim Bakı maşınlarına (oteko) yüklənmiş və maşınlar ploblanıb gömrüyün ərazisində qalmışdır. Burada bir sual doğur: mallar həmin vaxt hesablanıb, baxılıb, yoxlanılıb, sayılıbsa və mənə bununla əlaqədar qiymət deyilibsə, onda nəyə görə indi malımı geriyə qaytarmaq istədiyim zaman və bu malın Azərbaycan Respublikası ərazisində, Azərbaycan bazarına dövriyyǝyǝ buraxılmamasını nəzərə alaraq nəyə görə yenidən sayılır? Bəyannamə üzrə uyğunlaşdırılır və eyni zamanda guya hansısa nöqsan tapılır və nöqsanın adı qaz kranları adlandırılır? Onu bildirmək istəyirəm ki, bu gün Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanov və onun nümayəndələri Aqil və Nurlan adlı şəxslər öz vəzifə səlahiyyətlərindən və əllərindəki dövlətin resuslarından sui istifadə edərək bizə qarşı təzyiq formaları həyata keçirirlər. Bundan əlavə bildirirəm ki, təhqiqat subyekti olmadığı halda 01231000091678 saylı bəyannamə üzrə 3-cü mal mövqeyində göstərilən borularda, ötrücü funksiyasını yerinə yetirən vintillər-hissələr kimi adlandırılan 22.03.2023-cü il tarixində Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən yoxlanılmış və maşınlara yüklənmişdir. Bu da o deməkdir ki, bizim mallarımız baxılıb, yoxlanılıb araşdırılmışdır. İndi isə bizim malımız geriyi Çinə qaytarılması məsələsi ortaya çıxdığda mallar yenidən yoxlanılır, qanunsuz ekspertizaya göndərilir, qanunsuz təhqiqat subyektinə çevirilir. Bunlar hamısı sahibkara təzyiq, süründürməçilik və məmur özbaşnalığından başqa bir şey deyil. Buradan bildirirəm ki, Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanovun və onun nümayəndələri olan Aqil və Nurlan adlı əməkdaşlar "AzExspertiza" və digər müstəqil adını bilmədiyim ekspertiza təyin edilir və qanunsuz, əsassız əməlləri etmək fikrindədilər və mən indidən deyirəm ki, həmin ekspertizaların qanunsuz və əsassız çıxardıqları rəylərlə razılaşmayacam, imtina edirəm, eyni zamanda gömrük tarifi haqqında qanunda göstərildiyi kimi altı cür hesablama qaydaları varsa, eyni analoji mallar indiyə qədər Azərbaycana daxil olubsa və bu mallardan hazırda Azərbaycanda varsa, deməli, bunun hesablaması da olub, bunun xarici mal nomeklaturasının kodu da, bu mallar üzrə gömrük dəyəri də mövcuddur, bu mallar Azərbaycana həmişə daxil olub və mən rəsmiləşdirməni 14.03.2023-cü il tarixində yazdığım zamandan sonra da eyni sinifdən, eyni növdən və eyni cinsli mallar gömrük ərazisindən buraxılışa vermişdilər. Buradan belə görünür ki, ekspertizanın bura qarışdırılması yenə də bizim şirkətə süründürməçiliyin və məmur özbaşnalığının sübutudur.

 

Hörmətli cənab Prezident,

 

14.04.2023-cü il tarixində Gömrük Komitəsinin sədri Şahin Bağırov məni qəbul edib söhbət etdikdən sonra mən bir daha əmin oldum ki, bugünkü gün sizin yürütdüyünüz iqtisadi siyassəti dəstəkləyən və həmin yolu aparan məmurlardan biri elə Şahin müəllimdir. Şahin müəllimin insanlığına və təvazökarlığına inanaraq ümid edirəm ki, bu məktubumdan sonra bizim "GÜVƏN2012′′MMC-nin adına 21.10.2022-ci il tarixli GV700 saylı invoysla, CBHU8225772 saylı konteynerlə gələn malların Çinə qaytarılması məsələsində Dövlət Gömrük Komitəsinin struktur və bölmələrinə tapşırıq verərərək bizə köməklik edəcəkdir. Bir sahibkar kimi fəaliyyətimdə yaranan problemlərə və Bakı Baş Gömrük İdarəsində baş verən qanunsuzluğa son qoyulmasını və qanuni şəkildə mallarımın geriyə, Çin Xalq Respublikasına qaytarılmasında bizə köməklik göstərməyinizi Sizdən xahiş edirəm”.

 

Qeyd: müraciətin sürəti Baş nazir Əli Əsədova, Milli Məclisin sədri Sahibə Qafarovaya, Prezident Adminstrasiyanın İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasəti şöbəsinin müdiri Şahmar Mövsümova, Administrasiyasının rəhbəri (Korrupsiyaya ilə Mübarizə komisiyasının sədri) Samir Nuriyevə, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova, komitənin Apellyasiya Şurasının rəhbərliyinə, Bakı Baş Gömrük idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən gömrük generalı İsmayıl Hüseynova göndərilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də