Bakı metropolitenində sərnişinin halı pisləşib.
RegionTV.info xəbər verir ki, bu barədə oxu.az-a hadisə şahidi məlumat verib. Onun sözlərinə görə, hadisə metronun “Sahil” stansiyasında baş verib.
Bir nəfər qadın sərnişinin halı pisləşib. Metropoliten işçiləri tərəfindən təcili tibbi yardım çağırılıb. İlkin məlumata görə, halı pisləşən qadın bank işçisi olub.
Qeyd edək ki, hadisə yerinə çağırılan təcili yardım briqadası gecikib.