Ağstafa rayonunda TIR-ı təmir edən usta faciəvi şəkildə ölüb.
RegionTV.info xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Rasim İsmayılov işlə bağlı Özbəkistan vətəndaşı Azam Usmonovun çağırışı əsasında onun idarə etdiyi “Mercedes Benz Actros” markalı TIR avtomobilini təmir etmək üçün Bakı-Qırmızı Körpü magistral yolun 491-ci kilometrliyinə gedərək orada Bakı istiqaməti üzrə yolun kənarında dayanmış həmin yük avtomobilində nasaz olan hava yastığını təmir etmək üçün təkərlə yük yerinin arasında iş görən zaman hava yastığının partlaması nəticəsində təkərlə yük yerinin arasında qalıb sıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.