Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xaricdən gələn şübhəli zəngi, mesajları qəbul etməyin - XƏBƏRDARLIQ + VİDEO

RegionTV.info

Son illər kiberhücumlar aktual problemlərdən biri olaraq qalmaqdadır.

İstər sosial şəbəkələr üzərindən, istərsə də iş fəaliyyətimizdə kiberhücumlara son zamanlar daha tez-tez rast gəlirik.

Bu kimi hallara qarşı aparılan maariflənidirici tədbirlərə baxmayaraq, hələ də bu tora düşən vətəndaşlar az deyil.

İT üzrə mütəxəsis Fərhad Əliyev "Xəzər Xəbər"ə bildirib ki, bu dələduzluqların çoxu xaricdən idarə olunur. Digər bir dələduzluq faktına toxunan ekspert qeyd edib ki, bəzən vətəndaşlar arasında qorxu və həyəcan yaradaraq, kiberdələduzlar öz çirkin əməllərini həyata keçirir.

Ekspert bu cür kiberdələduzlarla mübarizə aparmaq üçün vətəndaşları ayıq-sayıq olmağa çağırıb: “Şübhəli mesajlar gəldikdə qəbul etməyib bloklamaq lazımdır. Həmçinin heç bir halda sosial şəbəkələr və ya vətəndaşa gələn gizli zənglər üzərindən fərdi məlumatları paylaşmaq olmaz. O cümlədən təhlükəsizlik kodlarının da paylaşılması yolverilməzdir”.

Ətraflı videomaterialda izləyə bilərsiniz:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də