ABŞ Sahil Mühafizəsi “Ocean Bound” yelkənli qayıqda olan 3 nəfərin itkin düşdüyünü açıqlayıb.
RegionTV.info xəbər verir ki, bu barədə idarənin press-relizində bildirilib.
Qeyd olunub ki, dənizçilər Meksikanın Mazatlan şəhərini tərk edərək San Dieqoya gedirdilər və yolüstü onlar Meksikanın Kabo San Lukasında ərzaq almaq üçün dayanmalı olublar. Qurum üç nəfərin təyinat yerinə çatması ilə bağlı heç bir qeydin olmadığını bildirib.
ABŞ Sahil Mühafizəsi vurğulayıb ki, Meksika Hərbi Dəniz Qüvvələrinin nümayəndələri dənizçilərin axtarışına yardım edir.