Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin sözçüsü ölkəsi, ABŞ və Yaponiyanın iştirakı ilə üçtərəfli raketdən müdafiə təliminin başladığını elan edib.
RegionTV.info xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Bildirilib ki, “bu manevrlər “KXDR-ə qarşı raket və nüvə təhdidləri” fonunda üç dövlət arasında “təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək, həmçinin ABŞ, Cənubi Koreya və Yaponiya donanmalarının “balistik raket buraxılışlarına cavab vermək sahəsində” imkanlarını genişləndirmək şansıdır.
Təlimdə üç gəmi - Cənubi Koreya donanmasının “ROKS Yulgok Yi I” esminesi, ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Benfold” esminesi və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin “JS Ataqo” gəmisi iştirak edir. Onların hamısında “Aegis” raketdən müdafiə sistemləri var.