Cənubi Koreyanın Gender Bərabərliyi və Ailə Nazirliyi cəmiyyətdən təcrid olunmuş vətəndaşlara ayda 650 min Koreya vonu (təxminən 500 ABŞ dolları) verəcək.
RegionTV.info bu barədə CNN-ə istinadən xəbər verir.
Belə ki, Cənubi Koreya cəmiyyətdən təcrid olunmuş vətəndaşların psixoloji və emosional sabitliyini dəstəkləmək üçün onlara aylıq müavinət ödəyəcək.
"19-39 yaş arası koreyalıların təxminən 3,1%-i və ya 338 min nəfəri özlərini xarici aləmdən təcrid etmiş, qapalı məkanda və həyatda çətinliklər yaşayan subay gənclərdir", - deyə nazirliyin hesabatında deyilir.
Belə ki, gəliri ölkə üzrə orta səviyyədən (təxminən 4 165 ABŞ dolları) aşağı olan 9-24 yaş arası subay gənclərə aylıq yardım göstəriləcək.