
RegionTV.info xəbər verir ki, bununla bağlı danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hələlik bununla bağlı bizə məlumat verilməyib:
"Yanvarın 18-də metronun açılacağı ilə bağlı hər hansı məlumat bizə daxil olmayıb. Həmişə olduğu kimi biz öz işlərimizi davam etdiririk. İkinci qərar olmasa, yanvarın 31-i metro yenidən öz fəaliyyətinə başlayacaq".