RegionTV.info
Aprelin 15-də şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim edilib.
Test imtahanında 1108 nəfər iştirak edib.