Pakistanın dini işlər üzrə naziri Əbdül Şakur yol qəzasında həyatını itirib.
RegionTV.info xəbər verir ki, bu barədə "ARY News" məlumat yayıb.
Hadisə dünən axşam paytaxt İslamabadda qeydə alınıb.
Avtomobili digər maşınla toqquşan pakistanlı nazir xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.
Ölkənin dövlət başçısı Arif Alvi və Baş nazir Şahbaz Şərif nazirin vəfatı ilə bağlı başsağlığı verib.