Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yaponiya Baş nazirinin çıxış edəcəyi yerin yaxınlığında partlayış olub

Yaponiyanın qərbindəki Vakayama prefekturasında ölkənin Baş naziri Fumio Kişidanın ictimai çıxış edəcəyi yerin yaxınlığında güclü partlayış baş verib.

RegionTV.info  xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hökumət başçısı təxliyə olunaraq Vakayama Polis Departamentinə aparılıb, onun üçün həyatı təhlükə yoxdur.

“Kyodo” nəşri bildirib ki, Kişidaya çıxışından əvvəl naməlum şəxs tüstü bombasına bənzəyən əşya atıb və əşya sonra partlayıb. Həmin şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, 2022-ci ilin iyulunda keçmiş donanma dənizçisi Tetsuya Yamaqami Yaponiyanın əsas Honsyu adasının cənub-qərbindəki Nara küçəsində seçki kampaniyası mitinqində çıxış edən Yaponiyanın keçmiş Baş naziri Şinzo Abeni kürəyindən güllələyib.

O, özü hazırladığı və diqqətlə sınaqdan keçirdiyi çoxlüləli atıcı qurğudan istifadə edib. Atəş açan şəxs qətlə yetirilən siyasətçinin mühafizəçiləri tərəfindən cinayət yerində tutularaq həbs edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də