Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədə deputat qəzaya düşdü: Vəziyyəti ağırdır - FOTO

Türkiyənin Xalqların Demokratik Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup rəhbəri deputat Meral Danış Beştaş Ərzurumda avtomobil qəzasına düşüb. 

RegionTV.info  xəbər verir ki, hadisə Bakı vaxtı ilə 22:00 radələrində avtomobilin buzlu yoldan sürüşərək kənara çıxması nəticəsində baş verib.

Əraziyə jandarma, təcili tibbi yardım qrupu və xilasedicilər cəlb olunub.

Məlumata görə, xilasetmə qrupları tərəfindən avtomobildən çıxarılan Beştaş təcili yardımla Karayazı Dövlət Xəstəxanasına aparılıb. Beştaş müdaxilələrdən sonra Ərzurum Şəhər Xəstəxanasına köçürülüb.

Bədənində sınıqlar aşkarlanan Beştaş Səhiyyə Nazirliyinə məxsus təcili yardım təyyarəsi ilə Ərzurum Hava Limanından Ankaraya aparılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də