Zəngilan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəfat edib.
RegionTV.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Məlumata görə, Zəngilan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Taryel Salmanov ötən gün vəfat edib. TƏBİB-dən apa-ya bildirilib ki, o, günorta saatlarında uzun müddət müalicə aldığı tibb müəssisəsində poliorqan çatışmazlığından (ürək, qaraciyər, böyrək çatışmazlığı və ikitərəfli pnevmoniya) vəfat edib.