Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əsgərimizə işgəncə verilməsi cavabsız qalmayacaq – Komitə sədri

Azərbaycan Ordusunun itkin düşən əsgəri Axundov Hüseyn Əhliman oğlu Ermənistan ərazisində saxlanılıb. Onun Qafan rayonunda tutulduğu bildirilir. 

Sosial şəbəkələrin erməni seqmentində azərbaycanlı əsgərin foto və videoları yayılıb. Kadrlardan görünür ki, H.Axundov Ermənistanda saxlanıldıqdan sonra amansız işgəncələrə məruz qalıb.

RegionTV.info   xəbər verir ki, bununla bağlı modern.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, bu hadisə Azərbaycan Ordusunu və xalqını sarsıda bilməz:

"Əlləri-qolları bağlanmış köməksiz əsgərə qarşı nümayiş etdirilən davranışlar göstərir ki, bu, Birinci Qarabağ müharibəsində törədilən soyqırımlarının, təcavüzlərin, insanlar üzərində aparılan eksperimentlərin, məkirin davamıdır. 

Doğrudur, iki il ərzində onlar çox böyük qorxu içərisindədirlər. Silahlı, silahsız bütün ermənilər Azərbaycan xalqının gücünü hiss etdilər. Məhz bu mənada əksər səhnələrdə biz qalibik. Əsir düşən, yaxud hər hansı şəraitdə Azərbaycanın əlinə keçən erməni hərbçilərə münasibətə fikir verin. 

Bütün beynəlxalq təşkilatlarda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyandan tutmuş baş nazir Nikol Paşinyana qədər hər kəs bir ağızla Azərbaycana qarşı iddialar qaldırırdı ki, guya biz Cenevrə konvensiyasının müddəalarını pozuruq. 

“Amenesty İnternational” kimi beynəlxalq insan haqları üzrə ixtisaslaşmış təşkilatlar, o cümlədən Avropa Parlamenti həmin məsələni əldə əsas götürərək Azərbaycan Ordusu və dövləti üzərinə hücum edirlər. 

Bir əsgərimizə qolları bağlı şəkildə işgəncələrin verilməsi əsla Azərbaycan Ordusunu, millətini sarsıda bilməz. Bunların hər birinin qisası alınacaq. Biz onların cavabını əksər vaxtlarda döyüş meydanlarında veririk". 

Komitə sədri qeyd edib ki, bu dəfə də ermənilərin əməlləri cavabsız qalmayacaq:

"Görünür, 11 aprel toqquşmasında verdikləri itkiləri, Azərbaycan Ordusunun cəmi 11 əsgərinin onların 60 əsgəri qarşısında iradə göstərməsi ilə əlaqəli informasiya məkanında yayılmış xəbərlərin, məlumatların erməni cəmiyyətində yaratdığı qorxu və vahiməni nəzərə alaraq bu cür hibrid savaş elementləri ilə çıxış edirlər. Bu gün erməni terrorçularından bir qismi Azərbaycanın əlindədir. 

Haqlı cəza çəkirlər. Bir qisminin üzərində ədalət məhkəməsi quruldu və əməllərinin qiyməti verildi. Hesab edirəm ki, bu fonda indiki mənzərəyə bizim cavabımız həm hüquqi, həm siyasi, həm də diplomatik çərçivədə olmalıdır. Lakin həmin cəzanı, işgəncəni verənlər qat-qat artıq cəzalarını almalıdır. 

Vətən müharibəsində müxtəlif ərazilərə vurulmuş zərbələrin qisasını Azərbaycan Ordusu aldı. Arxayın olun, Ordumuz birəbir, qanaqan, şəxsəşəxs, əmələəməl heç bir addımı cavabsız qoymayacaq. Hazırkı mənzərə qətiyyən Ermənistan cəmiyyətini mənən ucaltmaz, onlarda böyük inam yaratmaz. 

Onların revanş götürməsinə səbəb olmaz. Ermənistan hökumət nümayəndələri də, parlamentariləri də o görüntülərə görə başlarını aşağı salmalıdır. Azərbaycan hərbi qüvvələri istənilən anda onların döyüş yoldaşlarını ələ keçirə, üzərlərində əməliyyatlar həyata keçirə bilərlər. Düşünürəm ki, bu daha ağır nəticələr doğrurar". 

Zahid Oruc işgəncə faktları ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediləcəyini vurğulayıb: 

"Mütləq beynəlxalq təşkilatlara müraciət ediləcək. Xarici İşlər Nazirliyi, Parlament, Obmdusman və mənim sədri olduğum İnsan hüquqları komitəsi də belə məsələlər olduqda çox ciddi, operativ aktlar, sənədlər, bəyanatlar, hüquqi müraciətlər hazırlayır.

Dərhal beynəlxalq təşkilatlara göndəririk. O cümlədən Baş Prokurorluq baş verən hadisələrlə bağlı dərhal münasibətini göstərir. Olay aktlaşdırılır. Çünki Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə gərəkən addımlar atılmalıdır. Bizim hərbçimiz bir ananın övladı deyil, o bütövlükdə xalqımızın balasıdır.

Ona qarşı həyata keçirilən işgəncə bütövlükdə xalqımıza, dövlətimizə qarşıdır. Biz savaşda bir nəfər hamı, hamı bir nəfər üçündür prinsipi ilə çıxış etdik. Kadrlarda əsgərimizə təpik zərbəsi endirirlər. Çox keçməz bu hadisələrin hüquqi, siyasi, diplomatik və hərbi cavabları olacaq".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də