İqtisadiyyat naziri Mikayıl Cabbarov Bosniya və Herseqovinanın Baş naziri Fadil Novaliç ilə görüşüb.
RegionTV.info xəbər verir, bu barədə nazir tvitter hesabında bildirib.
“Prezident İlham Əliyevin tapşırığına əsasən, Bosniya və Herseqovinada işgüzar səfərdəyik. Baş nazir Fadil Novaliç ilə görüşdə iqtisadi münasibətlərin inkişaf perspektivləri barədə müzakirələr apardıq”, - deyə o, qeyd edib.