Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani arasında təkbətək görüş başa çatıb.
RegionTV.info xəbər verir ki, hazırda tərəflər arasında geniş tərkibli görüş keçirilir.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani arasında görüş başlayıb.
RegionTV.info xəbər verir ki, C.Bayramov təşkilat sədrini XİN-in binası önündə qarşılayıb.
Bildirilir ki, hazırda tərəflər arasında təkbətək görüş keçirilir.
Danışıqlardan sonra C.Bayramovla B.Osmani birgə mətbuat konfransı keçirəcək.