Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Aygün Kazımovadan şəhid olan hərbçilərimizlə bağlı paylaşım - FOTO

Xalq artisti Aygün Kazımova ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçuları ilə bağlı paylaşım edib. 

RegionTV.info   xəbər verir ki, sənətçi hərbçilərimizin ailələrinə başsağlığı verərək onların şəklini paylaşıb və "Allah rəhmət eləsin" sözlərini yazıb.

Xatırladaq ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də