Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müdafiə Nazirliyi vəziyyətlə bağlı açıqlama yaydı - SON DƏQİQƏ!

Hazırda Ermənistan ordusunun təxribat törətdiyi istiqamətdə nisbi sakitlikdir. 

RegionTV.info  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunur ki, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Məlumatda bildirilir ki, Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.

"Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib", - Nazirlik vurğulayıb.

Xatırladaq ki, bu gün Ermənistan ordusu Laçın rayonu istiqamətindəki Azərbaycan mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də