Salyanda fəaliyyət göstərən DSMF-nin 2 saylı Şirvan-Salyan Regional filialının direktoru işdən azad edilib.
RegionTV.info xəbər verir ki, Nağıyev Zəfər Namiq oğlu öz ərizəsi ilə işdən ayrılıb.
Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Z.Nağıyev bu vəzifədə iki ildir ki çalışırdı.