Bu gün saat 13:30-da Türkiyə-İran sərhədində 4,4 bal gücündə zəlzələ baş verib.
RegionTV.info xəbər verir ki, yeraltı təkanlar Naxçıvan və Ermənistanda da hiss olunub.
Məlumata görə, zəlzələnin episentri Ağrı vilayətinin Doğubəyazıta bağlı Sarıçavuş kəndinin bir neçə kilometrliyindədir.
Zəlzələnin baş verdiyi bölgə Türkiyə, İran, Azərbaycan və Ermənistan sərhədlərinin kəsişmə nöqtəsidir.