Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fransanın Baş naziri ölkədəki vəziyyətə görə Kanadaya səfərini təxirə salıb

Fransanın Baş naziri Elizabet Born pensiya islahatı ətrafında yaranmış vəziyyətlə əlaqədar aprelin 19-na planlaşdırılan Kanada səfərini təxirə salmaq qərarına gəlib.

RegionTV.info  xəbər verir ki, bu barədə hökumətdəki mənbələrə istinadən “Le Figaro” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Born etirazlara görə Kanadaya səfərini bir neçə həftə təxirə salmaq qərarına gəlib. Səfər aprelin 19-da baş tutmalı idi, lakin Nazirlər Kabinetinin rəhbəri yaxın vaxtlarda Fransanı tərk etməməyi seçib. Səfərin gələn ay baş tutacağı gözlənilir.

Born, pensiya islahatının ölkənin əsas qanunlarına uyğunluğu ilə bağlı qərar qəbul etməli olan Konstitusiya Şurasının son sözünü gözləyir. Konstitusiya Şurası qərarını aprelin 14-də açıqlayacaq. Bundan sonra Baş nazir Fransa prezidenti Emmanuel Makronla görüşməlidir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də