Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ-ın geosiyasi orbitindən çıxa bilər.
RegionTV.info xəbər verir ki, bunu “Forbes”in köşə yazarı Kennet Rapoza deyib.
O qeyd edib ki, vəziyyət Səudiyyə Ərəbistanı ilə bağlı ssenari üzrə inkişaf edir. ABŞ Prezidenti Cozef Baydenin bu ölkəyə səfəri zamanı onu soyuq qarşılayıblar.
"Səudiyyəlilər tezliklə İranla yaxınlaşmalarında vasitəçi kimi Çini seçdilər. BƏƏ və Səudiyyə Ərəbistanı əvvəllər ABŞ-dan nümunə götürüblər, indi isə Əbu-Dabi öz maraqlarına arxalanır".
Mart ayında BƏƏ-nin Rusiyadakı səfiri Məhəmməd Əhməd əl-Caber Qərbin təzyiqləri fonunda Rusiya-Əmirlik münasibətlərinin gücləndiyini açıqlamışdı.