Marseldə evlərin uçmasından sonra aparılan xilasetmə əməliyyatları zamanı iki ölü tapılıb.
RegionTV.info xəbər verir ki, bu barədə yanğınsöndürənlərə istinadən BFM telekanalı məlumat yayıb.
Daha əvvəl Fransanın daxili işlər naziri Jerald Darmanin 6 nəfərin yaralandığını bildirərək dağıntılar altında 4-10 nəfərin qala biləcəyini açıqlamışdı.
Xatırladaq ki, Marseldə bir evin uçmasına yol açan partlayışın səbəbləri hələ müəyyən edilməyib. Şəhər meri Benua Payanın dediyinə görə, bu bina qəzalı vəziyyətə düşənlər siyahısında olmayıb və son vaxtlar sakinlərdən onun vəziyyəti ilə bağlı heç bir şikayət daxil olmayıb.