Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tacqoyma mərasimində III Çarlzın faytonları haqqında təfərrüatlar məlum olub

III Çarlzın tacqoyma mərasiminin marşrutu 1953-cü ildə anası II Elizabetlə müqayisədə daha qısa olacaq.

RegionTV.info    xəbər verir ki, bu barədə monarxın ofisi məlumat yayıb.

Bunun üçün iki müxtəlif faytondan istifadə ediləcəyi bildirilir.

Bukingem sarayından III Çarlzın 2 min qonağın iştirakı ilə tacqoyma mərasiminin keçiriləcəyi Vestminster Abbeyinə qədər dövlət başçısı və xanımı Kamilla müasir ekipajda gedəcəklər.

Buna baxmayaraq, Əlahəzrət və həyat yoldaşı 1762-ci ildə tikilmiş qızılı faytonda qayıdacaqlar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də