Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gürcüstan müxalifəti yenidən parlament binası qarşısında mitinq keçirəcək

Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" partiyası bu gün parlament binası qarşısında mitinq keçirəcək.

RegionTV.info  xəbər verir ki, təşkilatçılar saat 17:00-da başlayacaq mitinqin məqsədinin ölkənin Avropa yolunu dəstəkləmək olduğunu bəyan ediblər.

"Gürcüstanın tarixi seçimi reallığa çevrilməlidir- müstəqil Gürcüstan Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvü olmalıdır", - deyə partiyanın bəyanatında bildirilib.

Bəyanatda hakim Gürcü Arzusu partiyası Gürcüstanı məqsədyönlü şəkildə Avropadan uzaqlaşdırmaqda və Gürcüstanı Avropaya yaxınlaşdıracaq siyasi iradəsi olmadığı üçün qəsdən Aİ Şurasının 12 tövsiyəsini yerinə yetirməməkdə ittiham edilib.

Aksiyada "Rusiyaya yox", "Rusiya hökumətinə yox", "ölkənin ruslaşdırılmasına yox" şüarlarının səsləndiriləcəyi qeyd olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də