Fransanın Marsel şəhərinin mərkəzində yaşayış binası uçub.
RegionTV.info xəbər verir ki, bu barədə BFM televiziyası məlumat yayıb.
Məlumata görə, bina uçmazdan əvvəl partlayış qeydə alınıb. Binanın uçması nəticəsində azı 5 nəfər xəsarət alıb.
Şəhərin meri Benua Payan bildirib ki, davam edən yanğın səbəbindən axtarış-xilasetmə işlərinə hələ də başlamaq mümkün deyil.