RegionTV.info
Bakının Yasamal rayonunda ağır cinayət hadisəsi baş verib.
Hadisə gecə saatlarında Yasamal rayonunda qeydə alınıb. Rayon Prokurorluğuna Şərifzadə küçəsindəki mənzillərdən birində 33 yaşlı Kamran İsrafilovun ölməsinə dair məlumat daxil olub. Hadisə yerinə gələn istintaq qrupu ərazinin müayinəsini aparıb.
Onlar şübhəli kimi qətlə yetirilən şəxsin 67 yaşlı atasını saxlayıb.
Mərhumun anası deyir ki, hadisə vaxtı o da evdə olub. Amma hər şey anidən baş verib.
Ramiz İsrafilov iş üzrə şübhəli şəxs qismində saxlanıb.
Fakta görə Yasamal rayon prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.