Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.
RegionTV.info xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva verib.
Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 9, 11, 13 və 17 aprel tarixlərinə təsadüf edəcək.
Eyni zamanda təqvimə əsasən Ramazan bayramı aprel ayının 21-22-də qeyd olunacaq.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.
Birinci Qədr gecəsinin əməllərini bu linkdən oxuya bilərsiz.